İntihara cəhd edən qadın xəstəxanada ölüb YENİLƏNİB


Digərləri 20 İyn 2018 21:35:00 255 0

İntihara cəhd edən qadın xəstəxanada ölüb  YENİLƏNİB

21:35

İntihara cəhd edən Füzuli sakini xəstəxanada ölüb.

Son.az APA-ya istinadən bildirir ki, Şirvanda məskunlaşan Füzuli sakini, 1977-ci il təvəllüdlü Məmmədova Nəzakət Mürşüd qızı həkimlərin səylərinə baxmayaraq xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

İntiharın səbəbləri müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

-----------

18:00

Şirvanda 41 yaşlı qadın intihara cəhd edib.

Son.az APA-ya istinadən bildirir ki, Şirvanda məskunlaşan Füzuli sakini, 1977-ci il təvəllüdlü Məmmədova Nəzakət Mürşüd qızı kimyəvi maddə içib.

Qadın qida borusunun və yuxarı tənəffüs yollarının kimyəvi yanıq xəsarəti ilə ağır vəziyyətdə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. İntihara cəhdin səbəbləri müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.