Ana olmağa hazırlaşan Oksana Rəsulova həyatını dəyişən gizli şəxsdən yazdı FOTO


Şou-biznes 20 İyn 2018 21:06:00 503 0

Ana olmağa hazırlaşan Oksana Rəsulova həyatını dəyişən gizli şəxsdən yazdı  FOTO

"Yanında səni xoşbəxt edən insan varsa, hər şeyə dözmək və öhdəsindən gəlmək olar".

Son.az xəbər verir ki, bu sözləri ana olmağa hazırlaşan rəqqasə-aktrisa Oksana Rəsulova sosial şəbəkədə paylaşıb.

Keçmiş həyat yoldaşı, reper Elşad Xosedən ayrıldıqdan sonra verdiyi müsahibələrdə həyatında heç kim olmadığını deyən aktrisa #love (sevgi) həştəqi qoyduğu bu paylaşımı ilə artıq tək olmadığını elan edib.

Qeyd edək ki, keçən ay rəqqasənin süni mayalanma yolu ilə hamilə qaldığı xəbəri yayılmışdı. Uzun müddətdir mediadan və tədbirlərdən uzaq gəzən, instaqram hesabında da yeni fotolar paylaşmayan O.Rəsulova hamilə olması xəbərini təsdiq edib. Lakin o, süni mayalanma yolu ilə ana olacağı xəbərinin yalnış olduğunu söyləyib. Əldə etdiyimiz məlumata görə, rəqqasənin dünyaya gələcək övladının atası adını gizli saxladığı sevgilisidir.


Xəbərə aid fotolar