Kişineuda yüzlərlə insanın iştirakı ilə etiraz aksiyası başlayıb


Dünya 20 İyn 2018 20:49:21 348 0

Kişineuda yüzlərlə insanın iştirakı ilə etiraz aksiyası başlayıb

Aksiya iştirakçıları seçkinin nəticələrinin tanınmasını tələb edirlər

Moldovanın paytaxtıKişineuda yüzlərlə insanın iştirakı ilə etiraz aksiyası başlayıb.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, onlar Kişineuşəhər meriyasına seçkilərin ikinci turunda52,57%səs toplamış Andrey Nestaseni dəstəkləmək məqsədiləmitinqə çıxıblar.

Aksiya iştirakçılarıseçkinin nəticələrinin tanınmasını tələb edirlər. Onlar səsləri tanınana qədər hər gün etiraz etməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, Kişineu şəhər məhkəməsi keçirilən növbədənkənar seçkilərin nəticələrini tanımayıb.

Xatırladaq ki,yeni seçilən mer bu vəzifədə bir il işləyəcək. Çünki Moldovada 2019-cu ilin yayında yerli özünüidarəetmə orqanlarına seçkilərbaş tutacaq.