Qazaxıstan Azərbaycana nasos tədarük edəcək


Digərləri 20 İyn 2018 20:51:00 279 0

Qazaxıstan Azərbaycana nasos tədarük edəcək

Qazaxıstanın Mangistau vilayətində yerləşən və neft-qaz sahəsi üçün nasos istehsalı ilə məşğul olan sex öz məhsulunu Azərbaycana tədarük edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, sex artıq Xəzəryanı ölkələrdən sifarişlərin qəbuluna başlayıb:

"Azərbaycanla artıq müqavilə bağlanıb və yerli şirkətlə böyük bir layihə var. Məhsul yeni yataq üçün istehsal olunacaq".