"Kamaz" yanıb


Digərləri 20 İyn 2018 20:55:00 345 0

"Kamaz" yanıb

Masallı rayonunun Ərkivan qəsəbəsində "Kamaz" markalı yük avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, avtomobilin kabinə hissəsi, 8 ədəd arxa təkəri və banına yığılmış 1,4 ton ot bağlamasının 600 kq-ı yanıb.

Avtomobilin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.