Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib FOTO


Digərləri 20 İyn 2018 20:42:00 445 0

Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib  FOTO

Bu gün Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, əvvəlcə tədbir iştirakçıları qaçqın və məcburi köçkünlərin acınacaqlı həyatından bəhs edən fotosərgiyə baxıblar.

Beynəlxalq Muğam Mərkəzində təşkil edilən tədbirdə mövzu ilə bağlı tamaşa nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Furio De Angelis hazırda dünyada mövcud olan qaçqın və məcburi köçkün probleminə toxunaraq bildirib ki, təmsil etdiyi qurum könüllü yardımlar vasitəsilə bütün dünyada qaçqınlara kömək göstərir. Qeyd edib ki, bu il dünyada öz yurd-yuvalarından didərgin düşən insanların sayı ən yüksək həddə çatıb. Bu, bizi problemi yaradan səbəblər barədə dərindən düşünməyə vadar edir. Məsələnin həlli üçün bütün dövlətlər və aidiyyəti təşkilatlar birgə səy göstərməlidirlər. Azərbaycan qaçqın və məcburi köçkün məsələsinin həlli istiqamətində böyük səylər göstərir. Azərbaycan dünyadakı qaçqın probleminin həllinə töhfə vermək üçün böyük imkanlara malikdir. Azərbaycan öz ölkələrindən qaçan və buraya sığınan insanlara himayə göstərmək imkanlarına malik bir dövlətdir və bu imkanlarından geniş şəkildə istifadə edir. Furio De Angelis Azərbaycan xalqını və dövlətini Cocuq Mərcanlıya böyük qayıdışa görə təbrik edib.

Sonra BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandinin videomüraciəti olub.