Əməkdar artist illər sonra ETİRAF etdi: "Həyat yoldaşım teatrda işləməyimi istəmirdi, tamaşaları gizlin oynayırdım"


Digərləri 20 İyn 2018 20:46:00 385 0

Əməkdar artist illər sonra ETİRAF etdi: "Həyat yoldaşım teatrda işləməyimi istəmirdi, tamaşaları gizlin oynayırdım"

Əməkdar artist, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Məsmə Aslanqızı susqunluğunu pozub. Aktrisa uzun müddətdir görünməməsinin səbəbini Son.az-a açıqlayıb:

"5 ildir ki, heç bir televiziya verilişinə qatılmıram, ortalıqda görünmürəm. Buna səbəb ailə həyatı qurmağım oldu. Ailə həyatı qurandan sonra həyat yoldaşım teatrda işləməyimi istəmədi. Sözün düzü, bir müddət gizlin gəlib tamaşalarımı oynadım, amma son 2-3 ay ərzində xəbər tutdu, danışdıq, razılaşdıq və yenidən teatra qayıtdım. Biz teatrsız, sənətsiz yaşaya bilmərik. Bu, bizim artıq qanımıza, canımıza hopub" deyə əməkdar artist bildirib.


Xəbərə aid fotolar