NyuYorkda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib FOTO


Kriminal 20 İyn 2018 18:17:00 339 0

NyuYorkda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib  FOTO

Nyu-Yorkda, Linkoln Mərkəzinin Bruno Volter zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Konsert məşhur pianoçu, Azərbaycanın Əməkdar Artisti, professor Nərgiz Əliyarovanın yaradıcısı və prezidenti olduğu Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti tərəfindən təşkil edilib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, cəmiyyətin keçirdiyi bu tədbirin məqsədi müxtəlif xalqların musiqisini təbliğ etməkdir. N.Əliyarova deyib: "Mən çox şadam ki, bizim ilk layihəmiz Azərbaycan musiqisinə həsr edilib. Məqsədimiz musiqimizin çoxşaxəli və unikal olmasını nümayiş etdirməkdir. Konsertdə təkcə Azərbaycanın deyil, müxtəlif ölkələrin musiqi xadimləri də iştirak edirlər. Onlar milli musiqini və Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirirlər".


Xəbərə aid fotolar