Yəməndə hava limanı uğrunda döyüşlər


Dünya 20 İyn 2018 18:09:13 256 0

Yəməndə hava limanı uğrunda döyüşlər

Yəmənin qərbindəki Hudeydə şəhərində koalisiya qüvvələri ilə husi üsyançıları arasında hava limanının nəzarətə alınması məqsədilə döyüşlər şiddətlənib.

Son.az Trend-ə istinadən xəbər verir ki, koalisiya qüvvələrinin zərbələri nəticəsində 250-yə yaxın üsyançı həlak olub.