Aİnin Bakı nümayəndəliyi: "Viza rüsumlarındakı dəyişikliklər Azərbaycana təsir etməyəcək"


Siyasət 20 İyn 2018 17:45:00 317 0

Aİnin Bakı nümayəndəliyi: "Viza rüsumlarındakı dəyişikliklər Azərbaycana təsir etməyəcək"

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi Aİ-nin viza siyasətindəki islahatlar məsələsinə aydınlıq gətirib.

Son.az xəbər verir ki, Aİ-nin Azərbaycandakı nümayəndəliyindən report-a verilən məlumata görə, bəzi ölkələrdə viza verilməsi qaydalarındakı dəyişikliklər 2019-ci ilin ikinci yarısından tez tətbiq edilməyəcək.

Bununla yanaşı, viza rüsumlarındakı dəyişikliklər viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanmış ölkələrə təsir etməyəcək. "Beləliklə, viza rüsumlarındakı dəyişikliklər Azərbaycana təsir etməyəcək", - Aİ nümayəndəliyindən bildiriblər.

Xatırladaq ki, dünən Aİ hökuməti viza siyasətində readmissiya məsələləri üzrə kifayət qədər əməkdaşlıq etməyən ölkələrə münasibətdə viza verilməsi qaydalarının sərtləşdirilməsini nəzərdə tutan islahatlar üzrə danışıqlara başlayıb.

Dəyişikliklər həmçinin viza haqqının 80 avroya qədər artımını nəzərdə tutur.