Rövşən Rzayev: Azərbaycana qarşı ikili standartlara son qoyulmalı, BMT TŞ-nin qətnamələri icra olunmalıdır


Digərləri 20 İyn 2018 17:31:00 258 0

Rövşən Rzayev: Azərbaycana qarşı ikili standartlara son qoyulmalı, BMT TŞ-nin qətnamələri icra olunmalıdır

Qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün lazımi tədbirlər görülür.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün lazımi tədbirlər görülür. Trend-in məlumatına görə, bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ümumdünya Qaçqınlar Günü ilə bağlı keçirilən tədbirdə deyib. R.Rzayev bildirib ki, qaçqın və məcburi köçkünlərin təhsil və məşğulluğu Azərbaycan hökumətinin fəaliyyətində əsas istiqamətlərdən biridir. O qeyd edib ki, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün işlər bundan sonra da davam etdiriləcək. Komitə sədri vurğulayıb ki, Azərbaycana qarşı ikili standartlara son qoyulmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmalıdır: “İnanıram ki, biz haqq səsimizi dünyaya çatdırmaqla Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik. Cocuq Mərcanlıya qayıdış məcburi köçkünlərin öz torpaqlarına qayıdış ümidini artırıb". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin