Gürcüstanın yeni baş naziri seçilib - YENİLƏNİB


Dünya 20 İyn 2018 17:13:00 283 0

Gürcüstanın yeni baş naziri seçilib - YENİLƏNİB

Hökumətdə maliyyə, iqtisadiyyat və xarici işlər nazirləri dəyişib

Gürcüstan parlamenti Mamuka Baxtadzenin başçılıq edəcəyi hökumətə etimad göstərib.

“Report”“Sputnik”ə istinadənxəbər verir ki, hökumətdə maliyyə, iqtisadiyyat və xarici işlər nazirləri dəyişib.

Belə ki,Nikoloz Qaqua maliyyə, Georgi Çerkezeşvili iqtisadiyyat və dayanıqlı inkişaf, David Zalkaliani isə xarici işlər naziri olub.

*** 13:41

Gürcüstan parlamentinin növbədənkənar iclası başlayıb. Toplantıda hökumətin tərkibinin və proqramının müzakirəsi keçirilir.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, deputatlar hökumətin yeni tərkibinə və“Azadlıq, sürətli inkişaf, firavanlıq” adlı proqarmına səs verəcəklər.

İyunun 19-da Gürcüstan parlamentində hökumət üzvlüyünə namizədlərə dinlənmə keçirilib.

Gürcüstanın baş naziri vəzifəsinə namizəd, keçmiş maliyyə naziri Mamuka Baxtadze müxalif deputatlarla görüşdə ölkə iqtisadiyyatının dirçəldilməsindən vəiş yerlərinin açılmasından danışıb.