Bakıda 1 milyonluq dələduzluq edən polkovnikin cinayət işində adı keçən şəxs həbs edildi


Digərləri 20 İyn 2018 17:14:00 322 0

Bakıda 1 milyonluq dələduzluq edən polkovnikin cinayət işində adı keçən şəxs həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə istintaqı aparan müstəntiqə sorğu göndərilib.

Həmin sorğuda təqsirləndirilən S.Şükürovun cinayət işində adı keçən digər şəxslərlə telefon danışıqlarının məhkəməyə təqdim edilməsi qeyd olunub.

Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. O, işdə adı keçən Əli Kərimbəylinin məhkəməyə çağırılaraq dindirilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib.

Məhkəmədə məlum olub ki, cinayət işində adı keçən və S.Şükürovun pul verdiyini dediyi Qədir Sultanov da həbs edilib. Həmin şəxs növbəti məhkəmə iclasında şahid qismində dindiriləcək.

Cinayət işində digər adı keçən Natiq Məmmədov isə hələ də axtarışdadır.