İnter italiyalı müdafiəçi ilə maraqlanır


İdman 20 İyn 2018 17:18:00 332 0

İnter italiyalı müdafiəçi ilə maraqlanır

Chelsea-nin müdafiəçisi Davide Zappakosta yenidən İtaliya A Seriyasına qayıda bilər. Goal.az xəbər verir ki, onun xidmətlərində İnter maraqlıdır. Çempionlar Liqasında mübarizəyə qoşulacaq "nerazzurri" italiyalı futbolçu vasitəsilə gücləndirməyə ümid edir. Zappakosta daha öncə Torino-nun şərəfini qoruyub.

İnter Valencia-dan Joao Kanselonun transfer hüquqlarını ala bilmədiyinə görə italiyalı futbolçuya yönəlib. Potensial transfer qiyməti 20 milyon avro göstərilir.