Yasamalın icra başçısının birinci müavini işdən çıxarıldı


Digərləri 20 İyn 2018 16:32:56 292 0

Yasamalın icra başçısının birinci müavini işdən çıxarıldı

Yasamal Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Səməd İslamov işdən çıxarılıb.

Son.az report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Digər sərəncamla Rzayev Elçin Adil oğlu Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.

E.Rzayev əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində işləyib. O, bir müddət əvvəl Yasamal RİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat almışdı.