Yenə Ronaldo, yenə rekord


İdman 20 İyn 2018 16:18:00 255 0

Yenə Ronaldo, yenə rekord

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında II turun oyunları davam edir.

Goal.az xəbər verir ki, hazırda davam edən B qrupunun Portuqaliya-Mərakeş matçında Ronaldo hesabı açıb.

Bu portuqal ulduzun beynəlxalq karyerasında vurduğu 86-cı qol olub. Ronaldo bu göstərici ilə Avropanın ən çox qol vuran futbolçusu statusunu alıb.

Qeyd edək ki, Ronaldo indiyədək iştirak etdiyi 3 mundialda 3 qol vurub. Hazırda davam edən Dünya kubokunda isə qol hesabını 4-ə çatdırıb.