Azərbaycanda cinayət törədənlərə elektron nəzarətin tətbiqinə başlanılıb


Digərləri 20 İyn 2018 15:57:00 208 0

Azərbaycanda cinayət törədənlərə elektron nəzarətin tətbiqinə başlanılıb

Azərbaycanda azadlığın məhdudlaşdırılması yeni cəza növünün - elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda azadlığın məhdudlaşdırılması ilə bağlı yeni cəza növünün - elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb. Trend-in məlumatına görə, bunu ədliyyə nazirinin müavini Məhərrəm Əliyev "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib. Nazir müavininin sözlərinə görə, Prezident İlham Əliyevin 2017-ci ilin fevral ayında cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı verdiyi sərəncam əsasında bir çox işlər həyata keçirilib, həbs edilmiş şəxslərin sayı azalıb. M.Əliyev əlavə edib ki, son illər məhkəmə-hüquq sistemində aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində əhaliyə hüquqi yardımların göstərilməsinə xüsusi diqqət yetirilir.