"Neftçi"nin rəqibindən Azərbaycana qarşı təxribat FOTO


Digərləri 20 İyn 2018 15:51:17 419 0

"Neftçi"nin rəqibindən Azərbaycana qarşı təxribat   FOTO

Bu gün Avropa Liqasının püşkü atılıb.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, ölkəmizi sözügedən yarışda təmsil edən "Neftçi" ilkin təsnifat mərhələsində Macarıstanın "Uypeşt" klubu ilə qarşılaşacaq.

Macarlar rəqibi ilə bağlı azarkeşlərinə məlumat verərkən Azərbaycan xəritəsi ilə bağlı yanlışa yol veriblər.

Belə ki, klubun rəsmi saytında yayımlanan xəritədə Naxçıvan Muxtar Respublikası Azərbaycan ərazisi kimi göstərilməyib.


Xəbərə aid foto