Zaxarova: "ABŞ kosmosa silah çıxarmaq niyyətindədir"


Dünya 20 İyn 2018 15:52:00 347 0

Zaxarova: "ABŞ kosmosa silah çıxarmaq niyyətindədir"

Rəsmi Moskva ABŞ-ın hərbi-kosmik qüvvələrinin yaradılması barədə qərara münasibət bildirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı danışan Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, bu, Vaşinqtonun kosmosa silah çıxarmaq niyyətini növbəti dəfə təsdiq edir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp hərbi-kosmik qüvvələrin Hərbi Hava Qüvvələrinin tərkibindən çıxarılması barədə göstəriş verib.