Binəqədidə tibb işçilərinin peşə bayramı qeyd edilib (FOTO)


Digərləri 20 İyn 2018 15:51:00 535 0

Binəqədidə tibb işçilərinin peşə bayramı qeyd edilib (FOTO)

Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında “17 iyun - tibb işçilərinin peşə bayramı” münasibəti ilə tədbir keçirilib.

Bakı. Ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılması nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq Binəqədi rayonunda yerləşən Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında “17 iyun - tibb işçilərinin peşə bayramı” münasibəti ilə tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, şöbənin baş məsləhətçisi Seymur Hacıyev, Ə.D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəyalı Məmmədov və rayonda fəaliyyət göstərən səhiyyə müəssisələrinin baş həkimləri və tibb personalı iştirak edib. Tədbiri giriş sözü ilə açan xəstəxananın baş həkimi B.Məmmədov ilk olaraq bütün tibb işçilərini təbrik edərək onlara bu müqəddəs və çətin işlərində uğur və müvəffəqiyyətlər arzulayıb. Ölkədə səhiyyənin inkişafına, əhalinin sağlamlığına böyük yer ayrıldığını və ölkə başçısı İlham Əliyevin fəaliyyətinin ilk günlərindən etibarən əhalinin sağlamlığının qorunmasını ölkənin prioritet vəzifəsi kimi müəyyən etdiyini çıxışında vurğulayıb.