Qida Təhlükəsizliyi Agentliyi idxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlara müraciət edib


Digərləri 20 İyn 2018 15:56:00 227 0

Qida Təhlükəsizliyi Agentliyi idxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlara müraciət edib

Agentlik idxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlıq subyektlərini qaydalara əməl etməyə çağırır.

Bakı. Qida Təhlükəsizliyi Agentliyi idxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlara müraciət edib. Agentlikdən Trend-ə verilən məlumata görə, 1 iyul 2018-ci il tarixindən qida zəncirinin bütün mərhələlərində, o cümlədən idxal-ixrac əməliyyatları sahəsində dövlət nəzarətini həyata keçirəcək Qida Təhlükəsizliyi Agentliyi sahibkarlıq subyektlərinin qida təhlükəsizliyinin təmin olunması prosesində iştirakına yüksək qiymət verir, sahibkarlara qida zəncirinin bütün mərhələlərində müasir tələblərə uyğun fəaliyyətlərini təşkil etmələri üçün hərtərəfli dəstək göstərəcəyini bəyan edir. Agentlik idxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlıq subyektlərini ilk növbədə qanunvericiliyin tələblərinə uyğun olaraq, qarşılıqlı etimad şəraitində aşağıdakı qaydalara əməl etməyə çağırır: Dövlət baytarlıq nəzarətində olan yüklərin idxalına dair tələblər - İdxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlar dövlət baytarlıq nəzarətində olan yükləri ölkəyə idxal etməzdən öncə idxal tələbləri barədə məlumatlı olmalı, baytarlıq nəzarətində olan yüklər ölkəmizə göndərilməmişdən əvvəl ixrac edən ölkə tərəfindən Azərbaycan Respublikasının idxal tələbləri nəzərə alınmalıdır. Yüklərə Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının baytarlıq sahəsində təklif etdiyi müvafiq nümunələrə uyğun ixrac və idxal edən, lazım gələrsə, tranzit ölkələrin birgə seçdiyi dildə beynəlxalq baytarlıq sertifikatı tərtib edilməlidir. Dövlət baytarlıq nəzarətində olan yüklərin idxalını həyata keçirən sahibkarlar Azərbaycan Respublikasında qüvvədə olan süd və süd məhsullarına, ət və ət məhsullarına, konservlərə, ərzaq balıqları, dəniz məhsulları, habelə kəsim üçün iri buynuzlu heyvanlara, quş ətinə və digər baytarlıq nəzarətində olan məhsulların idxalına dair baytarlıq tələbləri ilə Agentliyin rəsmi veb səhifəsində tanış ola biləcəklər. Azərbaycan Respublikasında qüvvədə olan baytarlıq-sanitariya tələblərinə uyğun olmayan dövlət baytarlıq nəzarətində olan yüklərin ölkəyə idxalı yol verilməzdir.