“Parnik”də narkotik becərən şəxsin ŞOK ETİRAFLARI: “Üzüm gəlmir danışmağa” VİDEO FOTO


Kriminal 20 İyn 2018 15:43:00 417 0

“Parnik”də narkotik becərən şəxsin ŞOK ETİRAFLARI: “Üzüm gəlmir danışmağa”  VİDEO  FOTO

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində, rayon sakini, 56 yaşlı Tofiq Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, onun yaşadığı evin həyətyanı sahəsində olan xiyar istixanasında aqrotexniki qaydada qulluq edilmiş ümumi çəkisi 12 kiloqram, uzunluğu 53 sm-dən 2.15 metrədək olan 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Tofiq Məmmədov - saxlanılan şəxs: "Əkin sulayan vaxtı su ilə gəldi, mən də götürüb əkdim bir qırağda. Əkin sulandıqca bu da sulandı. Bilirdim şeytan əməlidi, əməlimə görə də çox peşmanam. Üzüm gəlmir danışmağa".  Bundan əlavə polis əməkdaşları Tofiq Məmmədovun qardaşı, rayonun Malay kənd sakini 1958-ci il təvəllüdlü Məmmədov Tacəddin Məmməd oğlunun yaşadığı evin həyətindəki paxla əkini sahəsinə baxış keçirərkən oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən və çəkisi 2 kiloqram, uzunluğu 1 metr olan 4 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb. Tofiq Məmmədov narkotik yetişdirdiyinə görə əvvəllər də məhkumluq həyatı yaşayıb. Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsinin təhqiqat qrupu tərəfindən araşdırma aparılır.


Xəbərə aid fotolar