Türkiyəli futbolçu karyerasını başa vurdu


İdman 20 İyn 2018 15:15:00 274 0

Türkiyəli futbolçu karyerasını başa vurdu

Türkiyə millisinin sabiq futbolçusu Halil Altıntop karyerasını başa vurub. Goal.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi son olaraq şərəfini qoruduğu Kaiserslautern-lə müqaviləsini qarşılıqlı razılıq əsasında pozandan sonra qərarını elan edib. Hazırda klub Altıntop-a aşağı yaş qruplarında məşqçilik vəzifəsi vermək barədə düşünür.

Halil karyerası ərzində Schalke, Eintracht, Trabzonspor, Augsburg və Slavia-nın formasını geyinib.