Göyçay rayonunda Cəyirli-Alpout avtomobil yolu yenidən qurulur


Digərləri 20 İyn 2018 14:53:00 380 0

Göyçay rayonunda Cəyirli-Alpout avtomobil yolu yenidən qurulur

23.3 km uzunluğa malik Göyçay rayonunda yerləşən Cəyirli – Alpout avtomobil yolu yenidən qurulur.

Bakı. 23.3 km uzunluğa malik Göyçay rayonunda yerləşən Cəyirli – Alpout avtomobil yolu yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Cəyirli – Alpout avtomobil yolunda uzun illər əsəslı-təmir işləri aparılmadığından yolun asfalt örtüyü yararsız vəziyyətə düşmüş və nəqliyyatın hərəkətində müəyyən çətinliklər yarandırdı. Yolun müəyyən hissələrində yol yatağının təbii faktorların təsirindən aşınaraq eni orta hesabla 0.85 m azalıb, çiyin hissələr standratlardan aşağı düşərək yeyilmişdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolun 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulması ilə sadalanan problemlər aradan qaldırılır. Yolun 8.6 km-lik hissəsinin frezlənməsinə və ikiqat örtüyün tikintisinə, qalan hissələrdə isə ikiqat əsasın və ikiqat örtüyün tikintisinə ehtiyac olduğu üçün yol boyu dağımış yol geyiminin və torpaq yatağının yararsız qruntunun zəruri yerlərdə 41.5 min kub.m həcmdə qazılaraq çıxarılır, əvəzinə isə yararlı material tökülərək yayılır və kipləşdirilir. Yolun 8.6 km-lik hissəsində yol örtüyünün 60 min kv.m asfalt-betondan ibarət hissəsinin frezlənməsi işləri aparılıb. Ardınca əlaqələndirici bitum səpilməklə örtüyün alt və üst layının iri və xırda dənəli asfalt-beton qarışığı ilə tikintisi işləri aparılır. 12 sm qalınlıqda asfalt-beton örtük 60 min kv.m sahəyə döşənir. Yolun qalan 14.7 km-lik hissəsində isə əsasın alt və üst layının çınqıl və optimal-çınqıl qarışığı ilə tikintisi işləri görülür. Bu işlər 190 min kv.m sahədə icra olunur. Yol əsası hazır olan hissələrdə asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq. Bu işlər isə 100 min kv.m-dən çox ərazini əhatə etməklə 12 sm qalınlıqda iri və xırda dənəli asfalt-beton qarışığı ilə icra olunur. Çiyin hissələrin 116.5 min kv.m sahədə 12 sm qalınlıqda optimal-çınqıl qarışığı ilə bərkidilməsi işləri də görülür.