"Neftçi"nin baş məşqçisi püşkatmanı dəyərləndirdi: Rəqib kifayət qədər güclüdür


Digərləri 20 İyn 2018 14:53:13 328 0

"Neftçi"nin baş məşqçisi püşkatmanı dəyərləndirdi: Rəqib kifayət qədər güclüdür

"Neftçi"nin baş məşqçisi Roberto Bordin UEFA Avropa Liqasının ilk təsnifət mərhələsinin püşkünü dəyərləndirib.

Bakı. "Neftçi"nin baş məşqçisi Roberto Bordin UEFA Avropa Liqasının ilk təsnifət mərhələsinin püşkünü dəyərləndirib. Trend-in məlumatına görə, italyan mütəxəssis Macarıstanın "Uypeşt” komandasının kifayət qədər güclü kollektiv olduğunu deyib: "Rəqib xüsusilə fiziki baxımdan güclüdür. Amma bizim qarşımızda böyük məqsədlər var. Çalışacağıq ki, oyuna qədər komandanı fiziki cəhətdən maksimal vəziyyətə gətirib bu dueldən qalib çıxaq".