Azərbaycanda kompüter oyunları istifadəyə verilməmişdən əvvəl YAŞA GÖRƏ işarələnəcək


Digərləri 20 İyn 2018 14:48:52 290 0

Azərbaycanda kompüter oyunları istifadəyə verilməmişdən əvvəl YAŞA GÖRƏ işarələnəcək

Azərbaycan ərazisində dövriyyə və istehlak üçün nəzərdə tutulan kütləvi informasiya vasitələri məhsulları, audiovizual məhsullarla yanaşı, kompüter və digər elektron oyunların da yaş təsnifatı aparılacaq.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan ərazisində dövriyyə və istehlak üçün nəzərdə tutulan kütləvi informasiya vasitələri məhsulları, audiovizual məhsullarla yanaşı, kompüter və digər elektron oyunların da yaş təsnifatı aparılacaq. Trend-in məlumatına görə, bu məsələ Milli Məclisdə I oxunuşda qəbul edilən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, ölkə ərazisində istehsal olunan kompüter və digər elektron oyunların işarələnməsi satışa çıxarılmazdan, istehlakçıya təqdim edilməzdən və ya şəbəkəyə yerləşdirilməzdən əvvəl həyata keçirilməlidir. İnformasiya məhsulunun işarələnməsi informasiya məhsulunun istehsalçısı və ya yayıcısı tərəfindən məhsulun və onun qablaşdırmasının üzərinə müvafiq yaş kateqoriyasına uyğun işarələrdən birinin aydın şəkildə seçilən təsvirini yerləşdirməklə həyata keçiriləcək.