Zəhərlənən pambıqçılara görə rəis işdən çıxarıldı


Digərləri 20 İyn 2018 14:29:01 260 0

Zəhərlənən pambıqçılara görə rəis işdən çıxarıldı

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, onun yerinə Ələddin Eyvazov təyin olunub.

Qeyd edək ki, Ə. Eyvazov bu il mayın 14-də nazirin müvafiq əmri ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunmuşdu. O, həmçinin  uzun illər Dövlət Fitosanitar Nəzarət Xidmətində rəis müavini vəzifəsində də çalışıb.