Ata azyaşlı qızını zorlayıb hamilə qoydu, uşağı həyətdə basdırdı


Digərləri 20 İyn 2018 14:00:00 299 0

Ata azyaşlı qızını zorlayıb hamilə qoydu, uşağı həyətdə basdırdı

Azərbaycanın Tərtər rayonunda tükürpədici hadisə baş verib. 

Son.az bakupost-a istinadən xəbər verir ki, rayonun Evoğlu kəndinin sakini Şirinov Elnur Feyruz oğlu 14 yaşlı qızını zorlayıb, nəticədə azyaşlı qız hamilə qalıb. 

14 yaşlı qızın hamiləliyi dərmanla sonlandırılıb və ana bətnində tələf edilən uşaq elə həyətdəcə basdırılıb. 

Bu barədə məlumat verən mənbə iddia edir ki, adıçəkilən şəxs 14 yaşlı qızını artıq bir neçə ildir, zorlayırmış. Bütün bunlardan xəbərdar olan evin xanımı isə övladlarını tənbeh edərək bu barədə heç kimə deməyə qoymurmuş.