Gürcüstan parlamentində hökumətin yeni tərkibinin və proqramının müzakirəsi başlayıb


Dünya 20 İyn 2018 13:41:00 309 0

Gürcüstan parlamentində hökumətin yeni tərkibinin və proqramının müzakirəsi başlayıb

Ölkə parlamentinin növbədənkənar iclası keçirilir

Gürcüstan parlamentinin növbədənkənar iclası başlayıb. Toplantıda hökumətin tərkibinin və proqramının müzakirəsi keçirilir.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, deputatlar hökumətin yeni tərkibinə və“Azadlıq, sürətli inkişaf, firavanlıq” adlı proqarmına səs verəcək. İyunun 19-da Gürcüstan parlamentində hökumət üzvlüyünə namizədlərə dinlənmə keçirilib.

Gürcüstanın baş naziri vəzifəsinə namizəd, keçmiş maliyyə naziri Mamuka Baxtadze müxalif deputatlarla görüşdə ölkə iqtisadiyyatının dirçəlməsi, iş yerlərinin açılmasından danışıb.