İctimai yerlərdə necə geyinmək lazımdır? VİDEO FOTO


Digərləri 20 İyn 2018 13:45:00 343 0

İctimai yerlərdə necə geyinmək lazımdır?  VİDEO  FOTO

Ayın-günün bu vaxtında görünür ki, metroda qısa şort geyinmiş qıza irad olunur, hətta az keçmir ki, irad, əl-qol hərəkətlərinə keçir. Əl-qol davası da olardı, araya girib ayıranlar olmasaydı.

Düzdür, şort sözü elə qısa deməkdir, amma bu şort qısanın qısasıdır. Uzun sözün qısası, fikir verin, kimsə geyiminə görə qınanılır, kobud davranma, hətta təhqir var.

Son.az bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə doğru" verilişində maraqlı süjet yayımlanıb. Tahir Əlirzayev (vəkil): "Bu mübahisədə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş xırda xuliqanlıq inzibati xəta tərkibi var. Hər 3 şəxs cəmiyyətə hörmətsizlik nümayiş etdirir". Çünki insanların rahatlığı pozulmamalıdır. Onlar geyimə görə bir-birləri ilə ucadan qışqırıb, mübahisə edir. Hətta ətrafda olan insanlar həmin bu səs-küy yaradan adamlardan şikayət edə bilər. Buna tam hüquqları da var. Var olan məsələ də burada insanların psixologiyasıdır. Elnur Rüstəmov (psixoloq): "Azadsan və istədiyini geyinə bilərsən. Amma orada balaca uşaq varsa, onun hərəkət və davranışına təsir göstərəcəksə, diqqətli olmaq lazımdır". Azadlıqdır, müstəqillikdir, müasirlikdir deyib, nə gəldi etmək, nə istədim geyinmək də olmaz. Elə buna görə də hər yer üçün geyim, davranış qaydaları var. İkinci də ki, bu görünən qadından da açıq-saçıq geyinənlər olub. Vəziyyəti yaradan digər insanların reaksiyasıdır, bax biz bunu bilmirik, niyə, məhz, elə bu qıza irad bidirilir. Amma bir şeyi bilirik ki, qanun qızın tərəfindədir. Tahir Əlirzayev (vəkil): "Həm yaşlı qadına, həm də cavan oğlana 50-100 manat cərimə və yaxud da 15 günə kimi həbs cəzası nəzərdə tutula bilər". Getdiyimiz, olduğumuz yerlər də müxtəlifdir. Açıq geyinən, qapalı geyinən, nümunəvi adam, səs-küylü adamlar da həmişə olacaq. Sadəcə, cəmiyyətdə hər addımımızda diqqətli olaq, çünki cəmiyyət ümumidir, evimiz deyil, nə istəyirik, elə də edək.


Xəbərə aid foto