İŞİD qlamur modelin beynini "yudu" FOTO


Digərləri 20 İyn 2018 13:31:00 350 0

İŞİD qlamur modelin beynini "yudu"  FOTO

Suriyada yaşanan faciələr məni təsirləndirmişdi. Oradan videolara, fotolara baxanda ürəyim ağrıyırdı. Sosial şəbəkələrdə də suriyalılarla ona görə danışırdım. Şüseynlə də beləcə tanış olmuşdum.

Son.az The Sun-a istinadən bildirir ki, britaniyalı qlamur model, 29 yaşlı Kimberli Mayners İŞİD terror təşkilatının tovladığı, sıralarına cəlb etməyə çalışdığı "qurban"lardan biridir.

Onu İŞİD-in təbliğatçılarından biri Navid Hüseyn Suriyaya yollanmağa, terror təşkilatına qatılmağa çağırırdı.

Bu ilin fevralında Britaniyada polisin keçirdiyi əməliyyat nəticəsində tutulan Kimberli Mayners istintaqdan sonra azad buraxılıb. Polis onun zərərsiz olduğunu bəyan edib.

London sakini Kimberlinin dediyinə görə, Navid Hüseyn onu İŞİD-ə qatılan, "Ağ Dul" kimi tanınan Salli Consun yolunu təkrarlamağa çağırırdı.

"Mənə deyirdi ki, İŞİD-ə qatılsam, adımı dəyişməli və Ayşə Loren əl Britani olmalıyam. O, Suriyaya yollanıb cihada qatılmağımın vacib olduğunu söyləyirdi. Halbuki mən Suriyada uşaqların öldürülməsinin qarşısını almağa çalışırdım. Suriyadakı bombardmanların videolarını və fotolarını Facebook-da paylaşandan sonra Suriyadan çoxlu insanlar mənə yazmağa başladı. Navid Hüseyn də onların arasında idi", - Kimberli deyib.


Xəbərə aid fotolar