"Milyarder qızıyam" dedi,


Digərləri 20 İyn 2018 13:11:29 695 0

"Milyarder qızıyam" dedi,

27 yaşlı bu xanım uzun müddət özünü "Almaniyadan olan milyarderin, zəngin iş adamının qızı Anna Delvi" kimi təqdim etmiş, ətrafındakıları inandırmışdı.

Son.az New York Magazine-a istinadən bildirir ki, bir neçə il Nyu-Yorkda yaşayan, qlamur həyat keçirən, rəssamlarla və iş adamları ilə dostluq edən Anna Delvi klub və çağdaş sənət mərkəzi açmağa hazırlaşdığını deyirdi.

O, Almaniyadakı atasının nə işlə məşğul olduğunu soruşanda fərqli cavablar verirdi. Annanın atası gah neft şirkətinin sahibi, gah diplomat, gah da əntiq əşyaların kolleksiyaçısı imiş.

Əsl ad və soyadı Anna Sorokina olan rusiyalı bu qadın nəinki təsadüfi tanışlarını, bir neçə iri bankın sahiblərini, developerləri və investorları da aldada bilib.

1991-ci ildə Rusiyada doğulmuş Anna 16 yaşı olanda ailəsi ilə birlikdə Almaniyaya mühacirət edib. Ailə Köln yaxınlığındakı kiçik şəhərcikdə yaşayırdı. Annanın atası yük maşınının sürücüsü idi, sonralar qızdırıcılar və kondisionerlərin satışı ilə məşğul olub.

2011-ci ildə Londona, Sent-Martins kollecində oxumağa yollanan Anna az sonra kolleci atıb, Parisə gedib, daha sonra ABŞ-da yaşamağa başlayıb.

Fırıldaqlar vasitəsilə o, ümumi məbləği 200 min dollar təşkil edən bir neçə bank kreditləri götürüb.


Xəbərə aid fotolar