"Azərbaycan daşınmaz əmlakın sığortası üzrə yığımları xeyli artıra bilər"


Digərləri 20 İyn 2018 13:13:00 303 0

"Azərbaycan daşınmaz əmlakın sığortası üzrə yığımları xeyli artıra bilər"

Azərbaycan daşınmaz əmlakın sığortası üzrə yığımları əhəmiyyətli dərəcədə artıra bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycanda sığorta: Yeni perspektivlər" mövzusunda konfransda deyib.

Z.Səmədzadə qeyd edib: "Bizim hesablamalarımıza görə, qeydiyyat sisteminin modernləşdirilməsi daşınmaz əmlakın sığortası üzrə yığımları 200-300 milyon manat artıracaq. Azərbaycanla qonşu ölkələrdə daşınmaz əmlakın sığortasından yığımların payı ümumi yığımların 20 faizini təşkil edir. Onlar buna qeydiyyat və nəzarət sistemini modernləşdirməklə nail olublar. Biz də bu nəticəni əldə edə bilərik".