İtaliyada göldə batmış azərbaycanlı tələbənin meyiti tapıldı


Digərləri 20 İyn 2018 13:05:33 333 0

İtaliyada göldə batmış azərbaycanlı tələbənin meyiti tapıldı

İtaliyada göldə boğulan azərbaycanlı tələbənin meyiti tapılıb.

Bu barədə APA-ya həmin tələbənin yaxın qohumu Natəvan Seyidzadə məlumat verib.

O bildirib ki, meyit 2 gün öncə axşam saatlarında tapılıb: "Hazırda meyitin Bakıya gətirilməsi ilə bağlı sənədləşmə işləri aparılır. Yəqin ki, meyit iyunun 22-də Bakıya gətiriləcək".

"Oğlum Elnur Babayevin meyiti iyunun 18-i yerli vaxtla axşam saat 18:00 radələrində tapılıb".

Son.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında iyunun 2-də Roma yaxınlığında Albano gölündə batmış azərbaycanlı tələbənin atası Rafiq Babayev deyib.