“Dodaq qənimi” olan klinika rəhbəri meydan oxudu VİDEO


Digərləri 20 İyn 2018 13:08:00 322 0

“Dodaq qənimi” olan klinika rəhbəri meydan oxudu  VİDEO

Onların nəsli tükənə bilər, ancaq mənim, Elnarə Rzayevanın klinikası bağlana bilməz.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri son günlər mətbuatda haqqında gedən şikayətlər və ona müraciət edən pasiyentlərin dodaqlarını müalicə etmək adı ilə yandıran kosmetoloq Elnarə Rzayeva klinikasının başlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirərkən deyib.

E.Rzayeva bildirib ki, klinikası bağlanmayıb, həmişə olduğu kimi fəaliyyətini davam etdirir. Bununla bağlı İnstaqram hesabından video paylaşan kosmetoloq onun haqqında olan şikayətləri işıqlandıran jurnalisti və zərərçəkən pasiyentləri erməni adlandırıb və onların reketliklə məşğul olduğunu bildirib:

"Onlar məndən pul istəyirlər. Pul vermədiyim üçün də deyirlər ki, klinikam bağlanır. Ancaq onların nəsli tükənə bilər, mənim klinikam bağlana bilməz".

Xatırladaq ki, son günlər adı müştərilərinin dodaqlarını yandırmaqda hallanana kosmetorloq Elnarə Razyevanın mərkəzinin bağlanması ilə bağlı məlumatı zərərçəkmişlərin vəkili Toğrul Allahyarov yayıb.