Cənubi Koreya hərbi təlimləri ilk dəfə təxirə salıb


Dünya 20 İyn 2018 12:33:45 265 0

Cənubi Koreya hərbi təlimləri ilk dəfə təxirə salıb

"Təlimlərin uyğun zamanda və əlverişli şəraitdə keçirilməsi variantlarını nəzərdən keçiririk"

Cənubi Koreya iyunun sonunda keçirilməsi nəzərdə tutulan üçgünlük hərbi təlimi Şimali Koreya ilə danışqlara mane olmamaq üçün təxirə salıb.

“Report” “Yonhap” agentliyinə istinadən xəbər verir ki, məlumatı iyunun 20-də Cənubi Koreyanın Müdafiə Nazirliyi yayıb.

“Biz təlimləri təxirə salmaq barədə qərar qəbul etdik. Təlimlərin uyğun zamanda və əlverişli şəraitdə keçirilməsi variantlarını nəzərdən keçiririk”, - nazirlikdən bildirilib.

Agentlik qeyd edib ki, “Taegeuk” adlı təlimlər 1995-ci ildən etibarən hər il Cənubi Koreya Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin rəhbərliyi altında keçirilir. İndiyədək təlimlərin keçirilməsi heç vaxt təxirə salınmayıb.