Almaniya qəzeti Rusiya millisindən üzr istədi


İdman 20 İyn 2018 12:28:00 297 0

Almaniya qəzeti Rusiya millisindən üzr istədi

Almaniyanın tanınmış "Spiegel" nəşri Rusiya millisindən üzr istəyib. Goal.az xəbər verir ki, qəzet komandanın dünya çempionatında ğursuz çıxış edəcəyinə proqnoz verdiyinə görə bu addımı atıb. Turnirin açılış matçından öncə "Spiegel" meydan sahiblərinin pley-offa çıxmaq şanslarını şübhə altına qoyan məqalə dərc etmişdi. Amma Rusiya, gözləönilənlərn əksinə olaraq, Səudiyyə Ərəbistanı (5:0) və Misirə (3:1) qalib gələrək 1/8 finala vəsiqəni böyük ölçüdə təmin edib. Bundan sonra alman nəşri "Bağışla, Rusiya, biz səhv etmişik" sərlövhəli məqalə buraxıb.