"Artıq ordumuz Laçına gedən yola nəzarət edir"


Digərləri 20 İyn 2018 12:01:00 262 0

"Artıq ordumuz Laçına gedən yola nəzarət edir"

Naxçıvanda ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Nazir qeyd edib ki, Naxçıvanda çox uğurlu əməliyyat keçirilib:

"Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Artıq Laçına gedən yola da ordumuz nəzarət edir. Bu, bizim növbəti uğurumuzdur".