Arsenal bu futbolçu ilə yollarını ayırır


İdman 20 İyn 2018 11:45:00 290 0

Arsenal bu futbolçu ilə yollarını ayırır

Arsenal-ın yarımmüdafiəçisi Cek Uilşirlə yeni müqavilə imzalanmayacaq. Goal.az xəbər verir ki, ingilis futbolçu bunu sosial şəbəkədəki hesabından açıqlayıb. 

“İyunun sonlarında klubla olan müqaviləm başa çatır. Arsenal-dan ayrılacağımı təsdiqləyə bilərəm. Xüsusilə də yeni baş məşqçi Unay Emeri də daxil olmaqla, rəhbərliklə apardığım uzunmüddətli danışıqlardan sonra belə bir qərar verməkdən başqa seçimim yox idi” – Uilşir yazıb.

Juventus, Everton, West Ham və Wolverhampton-un 26 yaşlı oyunçu ilə maraqlandığı bildirilir.