Paytaxtda I sinfə şagird qəbulunun növbəti mərhələsi başladı


Digərləri 20 İyn 2018 11:49:04 294 0

Paytaxtda I sinfə şagird qəbulunun növbəti mərhələsi başladı

Paytaxtın ümumi təhsil məktəblərində 2018-2019-cu dərs ili üçün I sinfə şagird qəbulunun II mərhələsinə start verilib.

Bakı. Paytaxtın ümumi təhsil məktəblərində 2018-2019-cu dərs ili üçün I sinfə şagird qəbulunun II mərhələsinə start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, ikinci mərhələdə valideynlər müvafiq qaydalara uyğun olaraq, mektebeqebul.edu.az elektron sistemi vasitəsilə I sinfə qəbul üzrə sorğu yerləşdirə bilərlər. Bundan sonra, valideynlər övladlarının sənədlərini 20 iyun-18 sentyabr 2017-ci il tarixlərində (iyul ayı istisna olmaqla) məktəbə təqdim etməlidirlər. Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11:00-dan 16:00-dək qəbul edilir. Sənədlər qəbul edildikdən sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.