Dünya çempionatındakı uğursuzluğa görə qovuldu


İdman 20 İyn 2018 11:02:00 284 0

Dünya çempionatındakı uğursuzluğa görə qovuldu

Misir Futbol Assosiasiyası (MFA) milli komandanın argentinalı baş məşqçisi Ektor Kuperin istefaya göndərilməsi barədə qərar qəbul edib.

Goal.az xəbər verir ki, bu barədə Assosiasiya rəhbərliyindəki mənbəyə istinadən "Əl-Vatan" qəzeti yazıb. MFA Ektor Kuper və futbol üzrə Misir yığması qərargahının DÇ-2018-in qrup mərhələsində Səudiyyə Ərəbistanı ilə son oyundan sonra tam heyətlə istefa göndərilməsinə razılıq verib.

Görüş iyunun 25-də Volqoqradda keçiriləcək.

Misirlilər qrup mərhələsinin birinci turunda Uruqvaya (0:1), ikinci turunda isə Rusiyaya (1:3) məğlub olaraq turniri erkən tərk ediblər.