Güləşçilərimiz Avropa çempionatından 6 medalla qayıdır (FOTO)


Digərləri 20 İyn 2018 11:01:00 224 0

Güləşçilərimiz Avropa çempionatından 6 medalla qayıdır (FOTO)

Macarıstanın Györ şəhərində 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında Avropa çempionatı keçirilib.

Bakı. Macarıstanın Györ şəhərində 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatda iştirak edən kiçik yaşlı yeniyetmələrdən ibarət yığmamızın üzvləri 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb. Yunan-Roma güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazandığı halda, sərbəstlər 1 gümüş və 3 bürünc medala sahib olub.