İran OPEC+ ölkələrinin görüşündə iştirak etməyəcək


İqtisadiyyat 20 İyn 2018 10:40:40 274 0

İran OPEC+ ölkələrinin görüşündə iştirak etməyəcək

İranın neft naziri görüşün nəticə verəcəyinə inanmır

"İran OPEC+ ölkələrinin görüşündə iştirak etməkdən imtina edib".

"Report" xarici mətbuataistinadən xəbər verir ki, bu barədə İranın neft naziri Bican Namdar Zənqane bildirib.

O bəyan edib ki, İran OPEC+ ölkələrinin iyunun 23-də keçiriləcək görüşündəiştirak etməyəcək: "Sözügedən görüş zamanı razılıq əldə ediləcəyinə inanmıram. OPEC ABŞ Prezidenti Donald Trampın təlimatlarını həyata keçirən təşkilat deyil".

Xatırladaq ki, görüşdəOPEC ölkələri neft hasilatının həcminin artırılması ilə bağlı məsələni müzakirəyə çıxaracaqlar. ABŞ isə bazarda "qara qızıl"ınqiymətinin azaldılması üçün tədbirlər görülməsini dəstəkləyir.

Bundan başqa, Rusiyanın eregetika naziri Aleksand Novak neft hasilatının həcminin sutkada 1,5 mln. barrelə qədər artırılmasını təklif edib.