Ombudsman: "Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir"


Digərləri 20 İyn 2018 10:41:00 303 0

Ombudsman: "Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir"

Azərbaycanda insan hüquqları hərtərəfli şəkildə təmin olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, ombudsman Elmira Süleymanova "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan sürətli inkişafına görə dünyada qabaqçıl yerlərdən birini tutur: "Azərbaycan ikinci dəfə müstəqilliyini 1991-ci il 18 oktyabrda elan edib. Ölkəmiz qısa müddətdə böyük inkişaf yolu keçib. Azərbaycanın bir çox ölkələrlə diplomatik əlaqələri var. Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir".