OPEC-in iclası İransız keçəcək


Digərləri 20 İyn 2018 10:49:03 260 0

OPEC-in iclası İransız keçəcək

İranın neft naziri Bijan Namdar Zəngəni ölkəsinin OPEC ölkələrinin xam neft hasilatının kvotasının artırılması ilə bağlı iclasında iştirak etməyəcəyini bəyan edib.

Bakı. İranın neft naziri Bijan Namdar Zəngəni ölkəsinin OPEC ölkələrinin xam neft hasilatının kvotasının artırılması ilə bağlı iclasında iştirak etməyəcəyini bəyan edib. Trend-in məlumatına görə, iclas iyunun 22-də Vyanada baş tutacaq. Zəngəni deyib ki, Tehran OPEC+ razılaşmasına ABŞ-ın təsirinə qarşı çıxır. Qeyd edək ki, OPEC iyunda neft hasilatını artıra bilər. Bu barədə təşkilatın iyunda keçiriləcək iclasında müzakirələr aparılacaq. 2016-cı ilin iyununda təşkilat ölkələri gündəlik hasilat həcminin 1,8 mln. barel azaldılmasına dair qərar qəbul ediblər. 2017-ci ilin əvvəlindən icra olunan qərarın müddəti iki dəfə artırılıb. Sonuncu dəfə müddət 2018-ci ilin sonunadək uzadılıb.