Nazirlik: "Pambıq sahəsində zəhərlənmə ilə bağlı İmişli xəstəxanasına 141 nəfər müraciət edib"


Digərləri 20 İyn 2018 10:38:00 368 0

Nazirlik: "Pambıq sahəsində zəhərlənmə ilə bağlı İmişli xəstəxanasına 141 nəfər müraciət edib"

İmişli rayonunda pambıq tarlasında baş verən zəhərlənmə ilə bağlı xəstəxanaya 141 nəfər müraciət edib.

Son.az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

Onun sözlərinə görə, müraciət edənlərin əksəriyyətinə ambulator yardım göstərildikdən sonra evə buraxılıblar: "Hazırda xəstəxanada 12 nəfər qalıb. Onların da vəziyyətləri normaldır, özlərini yaxşı hiss edirlər. Elələri var idi ki, narahat idilər ki, birdən onlarda da zəhərlənmə olar. O məqsədlə 141 nəfər müraciət edib və hamısına yardım göstərilib. Məsləhət olanlar xəstəxanada saxlanılıb, qalanı evə buraxılıb. Həmin şəxslər də, yəqin ki, bu gün evə buraxılacaq".

S.Əhmədova bildirib ki, hadisənin hansı səbəbdən baş verməsi analizlərin nəticələrindən sonra məlum olacaq.