“Atəşgah” Sığorta Qrupu irimiqyaslı konfransın rəsmi tərəfdaşı oldu


Digərləri 20 İyn 2018 10:27:00 219 0

“Atəşgah” Sığorta Qrupu irimiqyaslı konfransın rəsmi tərəfdaşı oldu

“Atəşgah” Sığorta Qrupu 20 iyun 2018-ci il tarixində “Azərbaycanda sığorta – yeni perspektivlər” mövzusunda işə başlayan konfransın rəsmi tərəfdaşlarından biridir.

Bakı. “Atəşgah” Sığorta Qrupu 20 iyun 2018-ci il tarixində “Azərbaycanda sığorta – yeni perspektivlər” mövzusunda işə başlayan konfransın rəsmi tərəfdaşlarından biridir. Konfrans “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi və “XPRİMM” şirkətinin birgə təşkilatçılığı ilə keçirilir. “Atəşgah” Sığorta Qrupu konfransda 5 nəfərdən ibarət nümayəndə heyəti ilə iştirak edir. 2 günlük konfransın proqramında sığorta bazarının cari vəziyyəti, sığorta xidmətlərinin rəqəmsallaşması məsələləri, müxtəlif sığorta növləri, həmçinin ASK sektorunda sığorta risklərinin inkişafı və digər mövzulara yer verilib.