NAZİRLİK: Pambıq sahəsində zəhərlənmə ilə bağlı İmişli xəstəxanasına 141 nəfər müraciət edib (ÖZƏL)


Digərləri 20 İyn 2018 10:12:00 211 0

NAZİRLİK: Pambıq sahəsində zəhərlənmə ilə bağlı İmişli xəstəxanasına 141 nəfər müraciət edib (ÖZƏL)

İmişli rayonunda pambıq tarlasında baş verən zəhərlənmə ilə bağlı xəstəxanaya 141 nəfər müraciət edib.

Bakı. Samir Əli - İmişli rayonunda pambıq tarlasında baş verən zəhərlənmə ilə bağlı xəstəxanaya 141 nəfər müraciət edib. Bu barədə özəl olaraq Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib. Onun sözlərinə görə, müraciət edənlərin əksəriyyətinə ambulator yardım göstərildikdən sonra evə buraxılıblar: "Hazırda xəstəxanada 12 nəfər qalıb. Onların da vəziyyətləri normaldır, özlərini yaxşı hiss edirlər. Elələri var idi ki, narahat idilər ki, birdən onlarda da zəhərlənmə olar. O məqsədlə 141 nəfər müraciət edib və hamısına yardım göstərilib. Məsləhət olanlar xəstəxanada saxlanılıb, qalanı evə buraxılıb. Həmin şəxslər də yəqin ki, bu gün evə buraxılacaq".