Azərbaycanda sığorta sahəsinin maliyyə sektorunda payı 4 dəfə artırılacaq


İqtisadiyyat 20 İyn 2018 10:03:23 277 0

Azərbaycanda sığorta sahəsinin maliyyə sektorunda payı 4 dəfə artırılacaq

Bakıda beynəlxalq sığorta konfransı işə başlayıb

"Qəbul edilmiş Strateji Yol Xəritələrinə əsasən, yaxın illər ərzində Azərbaycanda sığorta bazarı 3 dəfə böyüməlidir. Bunun üçün isə kənd təsərrüfatı sığortası inkişaf etdirilməlidir".

"Report" xəbər veri ki, bunu Bakıda keçirilən beynəlxalq sığorta konfransında Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədriMustafa Abbasbəyli deyib.

O, həmçinin xatırladıb ki, Maliyyə Bazarlarına Nəzarət Palatası aqrar sığorta ilə bağlı qanunlayihəsi hazırlayıb.

Tədbirdə çıxış edən Palatanın baş icraçı direktoruİbrahim Alışov isə deyib ki, hazırda Azərbaycanda sığorta sahəsi 1,114 mlrd. manat məbləğində aktivlərə malikdir.Bu sahənin maliyyə sektorunda 2%, qeyri-neft sektoru üzrə ümumi daxili məhsulda (ÜDM)isə 0,8%-dir: "2020-ci ildə bu rəqəmləri müvafiq olaraq 8%-ə və1,4%-ə çatdıracağıq. Həmçinin sığorta sahəsində1600 yeni iş yerinin açılması planlaşdırılır".

Xatırladaq ki, konfrans işini sabah yekunlaşdıracaq.