Açıqsaçıq fotoları yayılan Ramina: “Üzünə baxan kimi bilirsən ki, kişidir" FOTO


Şou-biznes 20 İyn 2018 10:03:00 688 0

Açıqsaçıq fotoları yayılan Ramina: “Üzünə baxan kimi bilirsən ki, kişidir"   FOTO

İfritə ona deyərəm ki, kişiləri əlində fırladır, kişi onun üçün hər şeyi edir

Son.az cazibədar model və aktrisa Ramina Abbasovanın yenicag.az-a müsahibəsini təqdim edir:

- Ramina haralardasan, dedilər birdəfəlik xaricə köçmüsən?

- Yox, yalandan xəbərlər yayıblar ki, Ramina Azərbaycandan köçüb. Məni istəməyənlər belə xəbərləri yayırlar. Azərbaycandayam və filmlərə çəkilirəm. "İkili həyat" filmində çəkildim. Sentyabrda Qala gecəsi keçiriləcək.

- Səni daha çox hansı film tanıtdı?

- Komediyalarla tanındım. "Bozbaş pictures"in filmləri ilə məşhurlaşdım.

- Sosial şəbəkədə çox aktivsən. Daha çox nə yazırlar sənə?

- Çox şeylər yazırlar, amma fikir vermirəm. Çünki mən xasiyyətcə davakar adam deyiləm və qalmaqal etməyi xoşlamıram.

- Geyimlərində və davranışında cəmiyyəti nəzərə alırsan?

- Qətiyyən. Mənim öz stilim və həyata baxışım var. Çox tənqid edirlər, amma artıq öyrəncəliyəm. Kim məni bəyənir, kim bəyənmir, bu, məni heç maraqlandırmır. Çünki hərənin öz fikri var.

- Komplimentlər çox olur?

- Həddən artıq. Yazırlar ki, qəşəng qızsan, "barbi"lərə oxşayırsan. Orta məktəb və universitetdə oxuyan qızlar da özlərini mənə oxşadır, mənim kimi bəzənirlər.

- Hansı kişi tiplərinə üstünlük verirsən: yaraşıqlı, xarizmatik, yoxsa mərd?

- Sözünün üstündə duran kişiləri. Hesab edirəm ki, əgər kişi bir sözü dedisə, əməl etməlidir.


Xəbərə aid fotolar